İsrailli müştəriləri otelə buraxmadılar

15.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliyanın şimalındakı Selva di Cadore kurortunda yerləşən “Garni Ongaro” otelinin müdiri Patrik Onqaro bir qrup israilli müştərini “soyqırımdan məsul bir ölkədən” gəldiyini əsas gətirərək qəbul etməyib. 

"Cebheinfo.az” xəbər verir ki, hadisə noyabrın əvvəlində baş verib. Sözügedən müştərilərə göndərilən mesajda obyekt rəhbəri onları otelə qəbul etməmələrinin səbəbini açıqlayıb və həmçinin, rezervasiyalarını pulsuz olaraq ləğvini təklif edib. 

“Instagram” və «X» kimi müxtəlif sosial media platformalarında Fələstini dəstəkləyən bir çox istifadəçi otel sahibini dəstəkləyən mesajlar paylaşıb. 

Selva di Cadore qəsəbəsinin yerləşdiyi Veneto Bölgəsinin prezidenti Luca Zaia bu vəziyyətdən narahat olduğunu və bölgənin qapılarının hər kəsə açıq olduğunu bildirib. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью