İsrailli nazir Bakıdan İranla bağlı çağırış etdi

26.01.2026

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Oktyabrın 6-dan İran tərəfindən müstəqilliyimizə qarşı bəzi təsirlər olub. ABŞ Prezidenti İrana qarşı bəzi tədbirlərin vacibliyi barədə açıqlama verib”.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, İran vətəndaşlarının kütləvi şəkildə qırılmasının fotoları yayılır: “İranda mövcud rejim tərəfindən öz insanları qırılır. Onlardan digər ölkələrə qarşı necə münasibət gözləmək olar?! Heç vaxt imkan vermək olmaz ki, kütləvi qırğın silahı onların əlində olsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью