İsrailli nazir həbs olunmaqdan qorxub ABŞ a səfərdən imtina etdi

05.07.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir fələstinlilərə qarşı bilinən siyasəti ilə bağlı saxlanılacağı ehtimalından ehtiyat edərək bu həftə ABŞ-ın Nyu-York şəhərinə planlaşdırdığı səfəri ləğv edib.

Lent.az xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin məlumatına görə, nazir BMT-nin Polis Rəisləri Sammitində iştirak etməli idi.

Lakin insan hüquqları təşkilatlarının etiraz aksiyalarına hazırlaşması və onun barəsində hüquqi tədbirlərin görülməsi tələblərinin artması səbəbilə səfərdən imtina edib.

Ben Qvirin ofisi isə səfərin ləğvi ilə bağlı rəsmi açıqlama verməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью