İsrailli nazir: HƏMAS girov məsələsindən daha vacibdir

30.07.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Qəzza zolağında HƏMAS üzərində qələbə girov məsələsindən daha vacibdir”.

Teleqraf xəbər verir ki, bunu İsrailin irs naziri Amicay Eliyahu deyib.

“Girov məsələsinə yalnız qələbədən və HƏMAS-ın məğlubiyyətindən sonra baxacağıq. Oğurlanan insanlar hazırkı missiyanın diqqət mərkəzində olmamalıdır. Bu çaşqınlıq bizi indiyədək Qəzzada ilişdirib saxlayan şeydir. Bir çox insanlar girov məsələsini qələbə qazanmaqdan daha vacib hesab edirlər və bu, səhvdir”, - nazir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью