İsrailli nazir məhbusu hədələyib

15.08.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin 7-ci kanalının məlumatına görə, ifrat sağçı nazir ölkənin cənubundakı Ramon həbsxanasında saxlanılan Milli Azadlıq Hərəkatının Fəth Mərkəzi Komitəsinin üzvü Berqusinin kamerasına basqın edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ben-Gvir, 2002-ci ildən bəri davamlı olaraq həbsdə olan Fələstin müqavimətinin simvolu Berqusini “İsrail xalqına müdaxilə edən, uşaqlarımızı qıran, qadınlarımızı qıran hər kəsi məhv edəcəyik. Bizi məğlub etməyəcəksiniz” deyərək təhdid edib.

İsrailin 7-ci kanalı Ben-Qvirin Berqusinin kamerasına təxribat xarakterli basqının görüntülərini də yayımlayıb.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью