Icma.az bildirir, Olke.az portalına istinadən.
İsrailin maliyyə naziri Bezalel Yoel Smotriç Səudiyyə Ərəbistanından üzr istəyib.
Ölkə.Az xəbər verir ki, nazir bu barədə X hesabında paylaşım edib.
“Səudiyyə Ərəbistanı haqqındakı sözlərim tamamilə yanlış idi və bu sözlərin yaratdığı inciklik üçün üzr istəyiəm”, - deyə o söyləyib.
Qeyd edək ki, Smotriç bundan əvvəl qatıldığı konfransda Səudiyyə Ərəbistanı ilə normallaşma prosesinə toxunaraq istehzalı dildən istifadə etmişdi.
O, Səudiyyə Ərəbistanının İsrail ilə normallaşmaq üçün şərt kimi Fələstin Dövlətinin yaradılması tələbinə toxunaraq deyib:
“Əgər Səudiyyə Ərəbistanı normallaşma müqabilində Fələstin Dövləti istədiyini desə, dostlar, biz deyəcəyik ki, "xeyr, təşəkkürlər”, Səudiyyə səhrasının qumlarında dəvələrə minməyə davam edə bilərsiniz".
Billurə Yunus