İsrailli nazir öz qızı tərəfindən təcavüzdə ittiham olunur

17.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin Qəsəbələr və Milli Missiyalar naziri Orit Strokun qızı Şoşana Strok anası, atası və qardaşlarından biri tərəfindən cinsi zorakılığa məruz qaldığını açıqlayıb.

APA xəbər verir ki, Şoşana Strok sosial media hesabında yerləşdirdiyi videoda ailəsinə qarşı ciddi ittihamlar səsləndirib.

İtaliyada yaşadığı bildirilən Şoşana videoda “Anam Orit Strok, atam və qardaşım mənə təcavüz edib” deyə açıqlama verib.

O, həmçinin kiçik qardaşlarının da zorakılığa məruz qaldığını və bu ittihamlarla bağlı polisə məlumat verdiyini deyib.

Şikayətdən sonra rəsmi araşdırma başladılsa da, təfərrüatlar gizli saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью