Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin ifrat sağçı Yəhudi Gücü Partiyasının lideri, Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir növbəti hökumətdə müdafiə naziri olmaq istədiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, eyni zamanda fələstinlilərin Qəzza zolağı və işğal olunmuş Qərb Şəriyədən çıxarılmasını partiyasının əsas seçki vədlərindən biri kimi təqdim edib.
“The Times of Israel”in məlumatına görə, Ben-Qvir oktyabrın 27-də keçiriləcək seçkilər öncəsi Qüdsdə keçirdiyi mətbuat konfransında partiyasının hökumət proqramını açıqlayıb.
Ben-Qvir bildirib ki, Yəhudi Gücünün hökumətə daxil olması halında Müdafiə Nazirliyinə özü rəhbərlik etməli, Ədliyyə Nazirliyi isə partiyanın ikinci şəxsi Talli Qotlivə verilməlidir.
Partiyanın seçki proqramında fələstinlilərin Qəzza və Qərb Şəriyəni tərk etməsinin “təşviq edilməsi”, baş prokurorun dərhal vəzifədən uzaqlaşdırılması, orduya tətbiq olunan hüquqi məhdudiyyətlərin yumşaldılması və məhkəmə sisteminin müstəqilliyinin məhdudlaşdırılması kimi təkliflər yer alır.
Məlumata görə, Ben-Qvir hərbi güc tətbiqinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və fələstinlilərin ərazidən çıxarılmasını hədəfləyir. Bu ay Netanyahu hökumətinin Likud partiyasından istefa verərək Yəhudi Gücünə qoşulan Qotliv isə Ali Məhkəmə və baş prokurorluğun səlahiyyətlərinin məhdudlaşdırılmasını müdafiə edir.
Aytən Yaşar/ Turkustan.az