İsrailli nazir Uitkoff ilə görüşü atəşkəsə nail olmaq üçün son cəhd adlandırıb

18.09.2025

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin strateji planlaşdırma katibi Ron Dermer ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffla gözlənilən görüşü şərh edib.

"Report" xəbər verir ki, bu barədə "Kanal 12" məlumat yayıb.

Məlumata görə, Dermer və Uitkoff bu gün Londonda görüşəcək.

"Bu, girovların azad edilməsi və HƏMAS ilə atəşkəs danışıqlarının bərpası üçün son cəhddir", - israilli nazir qeyd edib.

Uitkoff Böyük Britaniyaya dövlət səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampla birlikdə Londondadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью