İsrailli qadını aldadıb aldığı pulu Fələstinə bağışladı İFŞA OLUNDU

29.11.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyədə sosial şəbəkələrdə maraqlı iddia gündəmə gəlib.

“Cebheinfo.az” xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda Elazığdan olan bir gəncin varlı israilli qadınla tanış olduğu, onu aldadaraq əldə etdiyi pulu Fələstinə bağışladığı iddia edilib.

Lakin aparılan araşdırmalar bu məlumatın real hadisəyə əsaslanmadığını üzə çıxarıb. Eyni məzmunlu paylaşımların Türkiyənin müxtəlif şəhərlərinin adı dəyişdirilməklə yayıldığı, görüntülərin isə süni intellekt vasitəsilə hazırlandığı bildirilib.

Beləliklə, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan hadisənin həqiqəti əks etdirmədiyi məlum olub.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью