Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xalq artisti Samir Cəfərovun İsraildən olan Tamara Rezayeva adlı tələbəsi Amerikada keçirilən beynəlxalq müsabiqəyə qatılıb.
Axşam.az xəbər verir ki, Tamara Nyu-Yorkda "Carnegie hall"da keçirlilən müsabiqədə dahi Üzeyir Hacıbəylinin "Sənsiz" əsərini oxuyub.
İfası ilə hər kəsi heyran edən Tamara müsabiqədə birinci yerə layiq görülüb.
S.Cəfərov uzun müddətdir Tamaraya onlayn musiqi dərsləri verir.