Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "Azərbaycanın Bakıda İsrail-Türkiyə danışıqlarına ev sahibliyi etməkdə oynadığı rol onun re
Prezident İlham Əliyev bunu aydın şəkildə izah etdi və hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu bildirdi".
Bunu Oxu.Az-a açıqlamasında İsrail Knessetinin sabiq deputatı, akademik tədqiqatçı Elina Bordaç-Yalov deyib.
O bildirib ki, Azərbaycan prosesi asanlaşdırmaq üçün əlindən gələni edir: "Bu, Azərbaycanın regionda dialoq və sabitliyin təşviqinə uzunmüddətli sadiqliyini əks etdirir.
Azərbaycan və Türkiyə arasında "bir millət, iki dövlət" prinsipi ilə əhatə olunmuş bağlar dərindir.
Eyni zamanda, Azərbaycan İsrail ilə strateji əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində möhkəm tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.
Bu ikili münasibət İsrail və Türkiyə arasında anlaşmanı təmin etmək üçün Azərbaycanın vasitəçiliyini unikallaşdırır.
Türkiyə ilə İsrail arasında körpü rolunu oynaya biləcək ölkə varsa, o da Azərbaycandır.