İsraillilər Əl Əqsa məscidinə basqın etdilər

28.07.2026

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Təxminən 200 İsrail sakini İsrail əsgərlərinin himayəsi altında Qüdsün Əl-Əqsa məscidinə basqın edib.

Sitat.info xəbər verir ki, "Vəfa" xəbər agentliyinin verdiyi məlumata görə, məscidin ərazisində namaz qılındığı zaman təxribata əl atılıb.

Qeyd edək ki, 1967-ci ildən qüvvədə olan status-kvo qaydalarına əsasən, qeyri-müsəlmanların Əl-Əqsa məscidi kompleksini ziyarət etməsinə icazə verilir, lakin burada ibadət etmələri qadağandır.

Əl-Əqsa məscidi kompleksi Şərqi Qüdsdə yerləşir. İsrail bu əraziyə 1967-ci il altıgünlük müharibəsindən sonra nəzarəti ələ keçirib. 

Aytac,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью