Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Tramp İranı yeni nüvə sazişi ilə bağlı danışıqlara başlamaq üçün etimadımızı qazanmalıdır..." Moderator.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçı İsrail və Amerikanın İranın nüvə obyektlərinə hücum edəcəyi təqdirdə "ağılsızlığa" yol verəcəklərini" bildirib və bunun Yaxın Şərqdə "çox ciddi fəlakətə" səbəb olacağını qeyd edib.
"Biz aydın şəkildə bildirmişik ki, nüvə obyektlərimizə edilən hər hansı bir hücuma dərhal və qətiyyətli cavab veriləcək.
Amma düşünmürəm ki, onlar belə çılğın bir addım asınlar. Bu, həqiqətən ağılsızlıq olardı", - İranın diplomatiya rəhbəri vurğulayıb.
O, əlavə edib ki, Tramp hələ də İranı ABŞ-la yeni nüvə sazişi ilə bağlı danışıqlara başlamağa razı salmalıdır.
"Vəziyyət əvvəlkindən fərqli və daha mürəkkəbdir. Qarşı tərəf bizim etimadımızı qazanmaq üçün çox iş görməlidir.
İndiyə qədər yalnız gözəl sözlər eşitmişik, amma bu, açıq-aşkar kifayət deyil", - Arakçı bildirib.
O, həmçinin ABŞ prezidentinin Qəzzanı fələstinlilərdən "təmizləyərək" onları İordaniya, Misir və digər ərəb ölkələrinə köçürmək təklifini istehza ilə qarşılayıb.