Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsraillilərin ən azı 64%-i İsrailin baş naziri Benyamin Netanyahunun kabinetinə etibar etmədiklərini bildirib.
Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin 12-ci telekanalının keçirdiyi sorğunun nəticələrindən belə məlum olub.
Respondentlərin daha 30%-i ölkə hökumətinin hazırkı tərkibinə hələ də inandığını bildirib.
Məlumatda qeyd edilib ki, respondentlərin 79%-i 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının ölkəyə müdaxiləsi zamanı İsrailin siyasi və hərbi rəhbərliyinin səhvlərini araşdırmaq üçün dövlət komissiyasının yaradılmasını təklifini dəstəklədiklərini bildiriblər.
Respondentlərin yalnız 8%-i belə bir araşdırmanın əleyhinə olduğunu, 13%-i isə qərarsız olduğunu qeyd edib.
Bundan əlavə, onlardan Livanın şiə Hizbullah hərəkatı ilə atəşkəs sazişi bağlamaq barədə nə hiss etdikləri barədə soruşulub: 54% sövdələşməni dəstəkləyəcəklərini, 24% isə belə bir tənzimləmənin əleyhinə olduğunu bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İbtidai Palatası cümə axşamı Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.