İsrailSuriya sərhədində gərginlik

07.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail Suriyadakı hadisələrə görə işğal altındakı Colan təpələrinə əlavə qüvvələr yığıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Suriyadakı proseslər nəticəsində aparılan yeni qiymətləndirmədən sonra Colan təpələrindəki qüvvələr hesabına müdafiənin artırılmasına qərar verildiyi bildirilir.

Qeyd edilir ki, ordunun gücləndirilməsi regionda müdafiəni möhkəmlədəcək və qoşunları regionda müxtəlif ssenarilərə hazırlayacaq. 

Digər tərəfdən, dekabrın 6-da yerli mətbuatda dərc olunan xəbərlərdə İsrail təhlükəsizlik kabinetinin Suriyadakı hadisələri müzakirə etmək üçün toplanacağı qeyd edilmişdi.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью