ISSAnın baş katibi ilə görüş

19.11.2024

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) baş katibi Nasser Ayman Majali ilə görüşüb. 

Gənclər və İdman Nazirliyində keçirilən görüşdə nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar haqqında məlumat verib. COP29 çərçivəsində ölkəmizdə səfərdə olan qonaq səmimi qəbula görə təşəkkür edib.

Görüşdə ölkəmizin təşkilatla əlaqələri, eləcə də gələn il keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq və digər məsələlər müzakirə edilib.

L.QURBANOVA  
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью