İssık Kul sahilində beşulduzlu Bakı oteli açılır

21.08.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekununda bildirib ki, bu gün İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən inşa edilən ilk beşulduzlu otelin təntənəli açılışı olacaq.
AzVision.az bu barədə Qırğızıstan mətbuatına istinadla xəbər verir.
Onun sözlərinə görə, bu layihə iki xalq arasında möhkəm dostluğun növbəti rəmzinə çevriləcək və Qırğızıstanın turizm potensialının inkişafına mühüm töhfə verəcək.
S.Japarov, həmçinin İlham Əliyevi Dünya Köçəri Oyunlarının açılış mərasiminə, ŞƏT+ sammitinə və 2027-ci il oktyabrın 21–25-də Bişkekdə keçiriləcək II Qlobal Dağ Sammiti – “Bişkek+25” forumuna dəvət edib.
Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında "Bakı" otelinin açıldığını bildirib.
"Bu da bizim birgə qərarımızdır. İssık-Kul sahilində ilk beşulduzlu otelin Azərbaycan dövlətinin iştirakı ilə tikilməsi və onun "Bakı" adını daşıması bizi sevindirir və qürurlandırır", – deyə Prezident vurğulayıb.
Səbinə Həsənova
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью