İşsiz qalan Mançini səhv etdiyini dedi

27.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Təcrübəli çalışdırıcı Roberto Mançini 2023-cü ildə İtaliya millisinin baş məşqçi postundan istefa verməsini səhv adlandırıb.

Futbolpress.az xəbər verir ki, ötən ilin avqustunda İtaliya millisindən Səudiyyə Ərəbistanı yığmasına yollanan italiyalı mütəxəssis oktyabrdan işsizdir. Mançini işsizliyinə görə özünü qınayıb:

“İtaliya millisinin baş məşqçisi postundan istefa verməyim səhv idi. İndi tamam başqa cür hərəkət edərdim. Əgər (İtaliya Futbol Federasiyasının prezidenti Qabriele) Qravina ilə danışsaydıq, bir-birimizə başa salsaydıq, aydınlaşdırsaydıq, bəlkə də hər şey başqa cür gedəcəkdi. Bizim həmişə böyük hörmətə və dialoqa əsaslanan münasibətimiz olub. Və daha aydın danışmaq lazım olduğu anda bu baş vermədi. İnkar etmirəm ki, bir məşqçi üçün belə yüksək maaş təklif etmək ( mətbuatda yayılan məlumatlara görə Mançini Səudiyyə Ərəbistanında 25-30 milyon avro alıb – təqribən) sizi çətin vəziyyətdə qoyur. Lakin bu həlledici amil deyildi. Bunun təsiri oldu, amma təkcə buna görə İtaliya millisindən ayrılmadım”.

60 yaşlı mütəxəssis 2018-2023-cü illərdə İtaliya yığmasına rəhbərlik edib. Komanda onun rəhbərliyi altında Avropa Çempionatının qalibi olub.

Böyük beşlik, Əsas xəbərlər İtaliyada ilin ən yaxşı baş məşqçisi kim olacaq?

19 Noyabr 2024, 13:18

Dünya futbolu, Əsas xəbərlər Spaletti Fransaya məğlubiyyətdən sonra nələr dedi?

18 Noyabr 2024, 9:51

Böyük beşlik, Əsas xəbərlər “Latsio”dan qələbə

5 Noyabr 2024, 1:53

Dünya futbolu, Əsas xəbərlər Mançinini əvəzləyən şəxs bilindi

27 Oktyabr 2024, 12:39

Dünya futbolu, Əsas xəbərlər Mançini ilə yollar ayrıldı

25 Oktyabr 2024, 9:28

Dünya futbolu, Əsas xəbərlər Mançiniyə təzminat ödəyəcəklər

21 Oktyabr 2024, 14:26

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью