Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci il noyabrın 1-nə Qazaxıstanın Dövlət Sosial Sığorta Fondundan (DSMF) 308,4 min nəfər iş yerini itirməyə görə sosial müavinət alır ki, onlardan 268,6 min nəfəri bu il müraciət edib.
Ölkə.Az-ın məlumatına görə, Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydən (ƏƏSMN) bildirilib ki, ödənişlərin ümumi məbləği 106,8 milyard tenge (demək olar ki, 347 milyon manat) təşkil edib.
Belə ki, mövcud qanunvericiliyə əsasən, işdən çıxarılan işçilər məcburi sosial sığorta sistemində iştirak müddətindən və son 24 ayda əldə etdikləri gəlirdən asılı olaraq bu ödənişi 1 aydan 6 aya qədər ala bilərlər.
Ödəniş məbləği itirilmiş gəlirin 45%-nə çatır və Qazaxıstan Respublikasının Dövlət Sosial Sığorta Fondu tərəfindən maliyyələşdirilir.
“İşini itirməyə görə sosial müavinət işdən çıxarılma səbəbindən asılı olmayaraq Dövlət Sosial Sığorta Fondu tərəfindən verilir və vətəndaşlara yeni iş axtararkən onlara dəstək olmaq məqsədi daşıyır”, - deyə qurumdan bildirilib.