İşsiz və işaxtaranların nəzərinə Sentyabrın 10 dək...

25.08.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi "Azərbaycandan işçi qüvvəsinin ixracı" layihəsi çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlayıb.

"AzPolitika" xəbər verir ki, müraciətlər onlayn qaydada qəbul olunur.

Təklif olunan iş yerləri əsasən sənaye, logistika və səhiyyə sahələrini əhatə edir. Vakansiyalar arasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat xidməti işçisi, texniki xidmət işçisi və s. yer alır.

Vakansiyalar üzrə əməkhaqqı Sloveniyada müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən edilib və iş yerləri rəsmi əmək müqaviləsi əsasında təklif olunur.

Agentlik xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri müraciət etməyə dəvət edir.

Hər bir vakansiya üzrə tələblərlə tanış olmaq və müraciət etmək üçün https://survey.sosial.gov.az/index.php/989738?lang=az linkinə keçid edə bilərsiniz.

Son müraciət tarixi 10 sentyabr 2026-cı ildir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью