Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 milyon 200 min manat məbləğində proqnozlaşdırılır.
Sənəddə göstərilib ki, bu xərclərin maliyyələşmə mənbəyini fondun 2027-ci il büdcəsinin 268 milyon 900 min manat həcmində proqnozlaşdırılan gəlirləri, həmçinin fondun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən gələn ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək 50 milyon 300 min manat vəsait təşkil edəcək. İnternet mağaza
Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda təsdiqlənib.