Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dəfn pulu işsiz şəxslərin ailələrinə maliyyə ykünü azaltmaq və mərhumun dəfnini layiqincə həyata keçirmək məqsədilə təqdim olunan sosial yardımlardan biridir.
Ancaq Azərbaycanda əmək pensiyaçıları, sığortaolunan şəxslər və sosial müavinət alanların yaxınlarına dəfn üçün müavinət ödənilir.
İşsiz adamlara isə dəfn pulu verilmir. Buna səbəb nədir? Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az
Əgər vəfat edən şəxs pensiya alırdısa, sığortalı hesab olunacaq.
Yaxud işləyibsə, aybaay işəgötürən tərəfindən və öz maaşından tutulmaqla sığortalanır və s.
Amma işləməyən şəxslər dövlət icbari sığortasına cəlb olunmur.
Ona görə də bu halda onların ölümü sığorta hadisəsi sayılmır və ödəniş olunmur.