Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Dövlət Məşğulluq Agentliyinin son hesabatına görə, ali təhsilli işsizlərin böyük hissəsi hüquq, biznesin təşkili, beynəlxalq münasibətlər və jurnalistika kimi ixtisaslar üzrə təhsil almış şəxslərdir".
Bunu BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, ixtisas seçimi zamanı abituriyentlər yalnız bal göstəricisinə deyil, eyni zamanda əmək bazarının real tələblərinə, universitetin tədris imkanlarına və ixtisasın gələcək perspektivinə diqqət yetirməlidirlər: "Təəssüf ki, bir çox hallarda abituriyentlər sadəcə yüksək keçid balı olan və ya "prestijli" hesab edilən ixtisasları seçir, lakin bu, sonradan iş tapmaqda çətinliklərlə nəticələnir.
Bu isə göstərir ki, ali təhsil sistemində təqdim olunan ixtisaslarla əmək bazarındakı real tələblər arasında uyğunsuzluq hələ də qalır.
"Təhsil haqqında" Qanunun 4.0.4-cü maddəsinə əsasən, təhsil sisteminin əsas prinsiplərindən biri əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin etməkdir.
Lakin bu prinsip hələ də reallıqda tam reallaşmayıb. Universitetlərdə proqramların əksəriyyəti nəzəriyyəyə əsaslanır, təcrübə komponentləri
Əgər ixtisas seçimi zamanı abituriyentlər bu amilləri nəzərə almasalar, ali təhsildən sonra ixtisas üzrə iş tapmaqda çətinlik yaşaya bilərlə