İşsizlik dövlət üçün əlavə risklər yarada bilər

02.02.2026

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər bir sıra dövlət və qeyri-hökumət qurumlarında, o cümlədən metropoliten, Xəzər dəniz nəqliyyatı və kommunal sahələrdə kütləvi ixtisarlar aparılıb.

Reyting.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib ki, bu addımların büdcə yükünün azaldılması məqsədilə atıldığını anlamaq mümkün olsa da, nəticə etibarilə yüzlərlə insan işsiz qalır.

F. Mustafa əlavə edib ki, işsiz qalan insanlara ya alternativ iş yerləri təklif olunmalı, ya da sosial müdafiə mexanizmləri işə salınmalıdır:

“Təəssüf ki, bəzi hallarda işdən azad edilən şəxslərə başqa qurumlara yönləndirmə ilə bağlı deyilənlər praktikada öz təsdiqini tapmır, insanlar müraciət etdikdə iş yerlərinin olmadığını bildirirlər”.

F. Mustafanın fikrincə, bu cür sosial yükün nəzarətsiz şəkildə cəmiyyətin üzərinə buraxılması uzunmüddətli perspektivdə ciddi təhlükələr yarada və dövlət üçün əlavə risklər formalaşdıra bilər: “Hesab edirəm ki, bu məsələyə kompleks və operativ şəkildə diqqət yetirilməlidir”.

V. QULİYEV


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью