İşsizlikdən Sığorta Fondunun büdcəsi 9,5% artırılır

27.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat olacaq.

Bu da cari ildəkindən 22,7 milyon manat, yaxud 9,5% çoxdur.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 21,7 milyon manat və ya 11,7% çoxdur.  

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью