Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur.
Bu da cari ildəkindən 22,7 milyon manat, yaxud 9,5% çoxdur.Gələn ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək.
Xərclərin 29,5%-i özünüməşğulluq tədbirlərinin, 13,4%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55% vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub.Bizim.Media xəbər verir ki, bunu deputat Musa Quliyev parlamentin bu gün keçirilən 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.O bildirib ki, cari ilin təsdiqlənmiş büdcə layihəsi ilə müqayisədə 2025-ci ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 2 milyon manat, yaxud 13,3%, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 4 milyon manat, yaxud 5% artırılması nəzərdə tutulur:“Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır.
2025-ci ildə İSF hesabına 8 min nəfərin özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur.
Bununla da 2017-ci ildən 2025-ci il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 100 min nəfər olacaq.Günay Şahmar, Bizim.Media Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.