İşsizliyə Amerikada son qoyacaq?

09.02.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Uzun müddətdi işsiz olan Mario Ruy tezliklə Amerikada oynaya bilər.

Ötən yay “Napoli”dən ayrılan portuqaliyalı müdafiəçinin ABŞ çempionatında çıxış etmək şansı var. “A Bola” qəzetinin xəbərinə görə, o, “Dallas” ilə danışıq aparır.
Xatırladaq ki, 33 yaşlı Mario “Napoli”də 2018-24-cü illərdə çıxış edib. Bu komanda ilə 227 oyunda iştirak edib, 3 qol vurub və 26 məhsuldar ötürmə edib. Onun əvvəllər “Benfika”, “Fatima”, “Parma”, “Qubbio”, “Spetsiya”, “Empoli” və “Roma”da çıxış etdiyini də bildirək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью