İşsizliyə son qoyur

21.01.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dele Alli işsizliyə son qoymağa yaxındı.
“Komo” ingilis futbolçunu heyətinə qatmağa hazırlaşır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Son həftələr İtaliya klubunda məşqlərə çıxan 28 yaşlı yarımmüdafiəçi komandaya uyğunlaşa bilib. Onunla “1+1 il” sxemi üzrə müqavilə imzalanacaq. Allinin “Komo”da qalmaq perspektivi onun çıxışından asılı olacaq.
Qeyd edək ki, Dele ötən ilin yayından klubsuzdu. Onun sonuncu klubu “Everton” olub. Futbolçu əvvəllər “Tottenhem” və “Beşiktaş”da da çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью