İşsizliyin aradan qaldırılması ilə bağlı xərclər artırılır

11.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

2025-ci ildə İşsizlikdən sığorta fondunun xərclərinin 48,2%-i əhalinin məşğulluğunun təmin edilməsinə, 6,5% işsizliyə görə sığorta ödənişlərinə, 0,4%-i peşə standartlarının hazırlanmasına yönəldiləcək.

Teleqraf.com xəbər verir ki, 2023-ci ildə 7985 nəfər işsizliyə görə sığorta ödənişi ilə təmin edilib. Bu ilin sonunadək ümumilikdə 10 075 nəfərə, növbəti ildə isə 11 916 nəfərə ödənişin aparılması nəzərdə tutulub.

2025-ci ildə peşə hazırlığı və əlavə təhsilin təşkilinə 35 mln. manat, peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1,5 mln. manat vəsait nəzərdə tutulub. Əmək yarmarkalarının və əmək birjalarının təşkili tədbirlərinə isə 0,5 mln. manat xərclənməsi planlaşdırılıb.

Növbəti ildə Fondun xərcləri 260.7 mln. manat nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью