Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Orqanizmdə D vitamini çatışmazlığı təkcə sümük sağlamlığına deyil, insanın əhval-ruhiyyəsinə və qidalanma vərdişlərinə də təsir edə bilər. Mütəxəssis bu problemin bir sıra əlamətlərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, rusiyalı dietoloq və endokrinoloq Anton Polyakovun sözlərinə görə, D vitamini çatışmazlığı zamanı insanda əhval-ruhiyyənin aşağı düşməsi, iştahanın artması, həddindən artıq yemək istəyi və narahatlıq-depressiv hallar müşahidə oluna bilər.
Həkim bildirib ki, bu vitaminin azlığı immun sisteminin zəifləməsi ilə də müşayiət oluna bilər.
Mütəxəssis D vitamininin sümük sağlamlığı üçün də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, orqanizmdə bu vitaminin uzun müddət aşağı səviyyədə olması osteoporoz riskini artıra bilər.
Digər tərəfdən, alimlərin omeqa-3 əlavələri ilə bağlı araşdırması da diqqət çəkib. Tədqiqat zamanı bu əlavələri müntəzəm qəbul edən bəzi yaşlı insanlarda beyin degenerasiyasının daha nəzərəçarpan olduğu bildirilib.
Omeqa-3-ün həqiqətən beyin funksiyalarına mənfi təsir göstərib-göstərmədiyi və geri dönməz fəsadlara səbəb olub-olmadığı isə hələ də müzakirə olunur.
Qeyd edək ki, D vitamini çatışmazlığını yalnız sadalanan əlamətlərə əsasən müəyyən etmək mümkün deyil. Bunun üçün qan analizi aparılmalıdır.