Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul, 1 iyun, AZƏRTAC
Mayın 31-də İstanbul hava limanında 1 730 reyslə rekord sayda səfər qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.
Aeroport açıldığı gündən bəri ən çox gündəlik hava nəqliyyatı sıxlığının qeydə alındığını bildirən nazir əlavə edib: “Şərqlə Qərbin səmadakı görüş nöqtəsi olan İstanbul hava limanı, artan həcmi və güclü əlaqə şəbəkəsi ilə qlobal aviasiyada yeni rekordlarda qabaqcıl olmağa davam edir”.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul