İstanbul bələdiyyəsində Əkrəm İmamoğlunu Nuri Aslan əvəz edəcək

26.03.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsindən sonra bələdiyyə məclisi bu gün İmamoğlunun kürsüsündə bələdiyyə sədri vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirmək üçün toplanıb. Bələdiyyə məclisinin səsvermə nəticələrinə görə, İmamoğlunu Nuri Aslan əvəz edəcək.

Səsvermənin ilk iki turunda ən çox səsi CHP-nin namizədi Nuri Aslan toplayıb. Lakin tələb olunan səs çoxluğu əldə olunmayıb. Sadə səs çoxluğunun axtarıldığı üçüncü tur nəticəsində CHP üzvü Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin müavini seçilib. Aslan üçüncü turda 125 əleyhinə 177 səslə seçilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью