İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

12.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bolqarıstandan İtaliyaya gedən tankerdə mühərrik nasazlığı yarandığı üçün İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin DHA xəbər agentliyi məlumat yayıb.

“Malta bayrağı altında üzən, 107 metr uzunluğunda olan və kimyəvi maddə daşıyan IVYAN gəmisi hərəkət qabiliyyətini itirərək Kanlıca ərazisində idarəolunmaz şəkildə hərəkət etməyə başlayıb. Nəticədə tanker sahildən cəmi bir neçə metr aralıda dayanıb. Xilasetmə əməliyyatı aparmaq üçün hadisə yerinə Sahil Mühafizəsi qayıqları və bir neçə yedək gəmisi göndərilib”, - məlumatda deyilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью