İstanbul boğazında hərəkət dayandırılıb

12.02.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

İstanbulu Avropa və Asiya hissələrinə ayıran İstanbul boğazında hərəkət qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.

“Yerli vaxtla saat 03:10-da sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью