Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
İstanbul, 16 iyul, Günel Karatepe, AZƏRTAC
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu iştirak etdiyi bir paneldə İstanbul Cümhuriyyət Baş Prokuroru Akın Gürlek barəsində söylədiyi sözlərə görə 1 il 8 ay həbs cəzasına məhkum olunub.
AZƏRTAC xəbər verir ki, İmamoğlu barəsində “vəzifəli şəxsə qarşı vəzifəsi ilə əlaqədar açıq-aşkar təhqir”, “təhdid” və “terrorla mübarizədə iştirak etmiş şəxsləri hədəf göstərmək” ittihamları ilə 2 il 8 aydan 7 il 4 ayadək azadlıqdan məhrumetmə cəzası tələbi ilə cinayət işi qaldırılmışdı.