Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Aprelin 25-də İstanbulda Rusiya və Türkiyə arasında Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələr xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. Türkiyəni görüşdə Nuh Yılmaz, Rusiyanı isə Mixail Boqdanov təmsil edəcək.
Tərəflər arasında regional məsələlərin, xüsusilə də Suriya və Fələstində baş verənlərin müzakirəsi gözlənilir.
Aysel Əliyeva
Globalinfo.az