İstanbul danışıqları hansı dildə keçib? Zaxarovadan TƏKZİB

25.05.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ukrayna Xarici İşlər Nazirliyi İstanbul danışıqlarında rus dilinin qəbul edilməməsi ilə bağlı yalan danışıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Türkiyədəki danışıqlarda Ukrayna nümayəndə heyəti ingilis və rus dillərində danışıb:

“Həmişə olduğu kimi yalan danışırlar. Giriş mətni ingilis dilində oxundu. Sonra rus dilinə keçdilər. Necə də yazıqdırlar”.

Zaxarovanın sözlərinə görə, bir müddət əvvəl Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa iddia etmişdi ki, Kiyev nümayəndə heyəti tərcüməçi vasitəsilə əlaqə saxlayaraq ukrayna və ingilis dillərindən istifadə edir.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью