İstanbul danışıqları ilə bağlı son xəbər

29.05.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundunda müsbət proseslər baş verə bilər. Xüsusən də sülh sazişi ilə bağlı gözləntimiz var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri türkiyəli politoloq Umur Tuqay Yücel “RİA Novosti”yə açıqlamasında deyib.

“İstanbulda Rusiya və Ukrayna üçün yeni diplomatik proseslər başlaya bilər. Düşünürəm ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putin və ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşündə danışıqların ikinci raundu çərçivəsində digər müsbət proseslərin mümkünlüyündən danışıblar. Atəşkəsdənsə, sülh razılaşması gözləmək daha realdır”, – o bildirib.

Qeyd edək ki, növbəti raundun iyunun 2-də İstanbulda olacağı gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью