İstanbul danışıqlarının iştirakçılarının sayı AÇIQLANDI

02.06.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə İstanbul danışıqlarının iştirakçılarının sayı açıqlanıb.

Bakıvaxtı.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

Məlumata görə, İstanbul danışıqlarının ikinci raundunda Rusiyadan 12, Ukraynadan isə 14 nəfər iştirak edir.

Qeyd olunub ki, Rusiya və Ukrayna arasında danışıqların birinci raundunda hər iki tərəfdən bərabər sayda, hər biri 12 nəfər iştirakçı iştirak edib.

Bildirilib ki, danışıqların başlanması təxminən bir saat yarım gecikib. Buna səbəb Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Ukraynanın müdafiə naziri Rüstəm Umerovun əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüdür.

Danışıqlar İstanbuldakı Çırağan sarayında aparılır. Tərəflərin, digər məsələlərlə yanaşı, münaqişənin həlli ilə bağlı öz baxışlarını təqdim edən memorandumların mübadiləsi də planlaşdırılır.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью