İstanbul danışıqlarının Ukraynan münaqişəsinin həlli ilə bağlı əsas platforma olacağı gözl…
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir. İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş başlayır.
Danışıqlar ABŞ-nin İstanbuldakı Baş konsulunun iqamətgahında keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə iştirak edən nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb.
Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib.Onun sözlərinə görə, İstanbulda müəyyən razılaşmaların olacağı gözlənilir:“Təbii ki, bu yekun razılaşma olmayacaq.
İstanbulda olan danışıqlar Amerika-Rusiya danışıqlarının əsas platformalarından biri ola bilər.
Həmçinin bu görüş Ukrayna müharibəsinin həlli ilə bağlı vacibdir. İstanbul görüşü əsas platforma ola bilər.
Çünki müharibə başlayandan sonra İstanbulda Rusiya və Ukrayna tərəfləri görüşmüşdü. Yəni, İstanbul razılaşmaları layihəsi var.
Bu, Ukraynan münaqişəsinin həllində əsas baza prinsip kimi təşkil edir. Buna xüsusən Rusiya tərəfi istəyir.
Tam oxu
Xəbəri oxu