Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbul derbisində heç-heçə - 90+5-də bərabərlik qolu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
QOL.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.
14-cü turun qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Hesabı 27-ci dəqiqədə qonaqların futbolçusu Leroy Sane açıb. Meydan sahibləri isə 90+5-ci dəqiqədə Con Duranın qolu ilə məğlubiyyətdən qaçıb.
Bu nəticədən sonra "Qalatasaray" 33 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Fənərbaxça" isə 2-ci pillədə qərarlaşıb.