İstanbul derbisində qapılara 4 qol vuruldu VİDEO

09.01.2025

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Türkiyə Kubokunda "Qalatasaray" "Başakşehir"i qəbul edib.

Gərgin keçən oyunda qapılara 4 qol vurulub. 

Qarşılaşmanın 34-cü dəqiqəsində Deniz Türüç hesabı açıb. 50-ci dəqiqədə Davinson Sançezin qolu ilə "Cim-Bom" hesaba tarazlıq gətirib. Cəmi 3 dəqiqə sonra Piatek "Başakşehir"i yenidən önə keçirib. Görüşdə sonuncu qolu 72-ci dəqiqədə Abdülkerim Bardakcı vurub. Əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə Batsuayi penatini qaçırıb. Beləliklə matç "2-2" bərabərliklə başa çatıb.

Oyunda vurulan qolları təqdim edirik.

    Offsideplus.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью