İstanbul derbisində sevinən tərəf “Beşiktaş” oldu

04.05.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqasında XXXIV turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Samsunspor" öz meydanında "Eyüpspor"la qarşılaşıb. 

3 qolun vurulduğu oyunda ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.

Turun digər matçı isə İstanbul derbisi ilə yadda qalıb. "Fənərbaxça" öz meydanında "Beşiktaş"ı qəbul edib. "Sarı-lacivərdlilər" böyük ölçüdə çempionluğu əldən verib.

Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Görüşün taleyini bir qol həll edib. "Qara qartallar" minimalhesablı qələbəyə seviniblər - 1:0.

Türkiyə Super Liqası
XXXIV tur

17:00. “Samsunspor” - “Eyüpspor” - 3:0
20:00. “Fənərbaxça” - “Beşiktaş” - 0:1
20:00. “Adana Dəmirspor” - “Göztəpə” - 1:2

“İnter”ə qələbə üçün 1 qol bəs etdi “Barsa”dan səfər qələbəsi A Seriyası: Lider 3 xalı 1 qolla qazandı Bundesliqa: “Dortmund”dan darmadağın “Arsenal” evdə “Bornmut”la bacarmadı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью