İstanbul derbisini o idarə edəcək

06.12.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Superliqasının XV turunda “Beşiktaş” – “Fənərbaxça” oyununu idarə edəcək hakim müəyyənləşib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İstanbul derbisi Mehmet Türkmenə həvalə olunub.

Qeyd edək ki, dekabrın 7-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Hazırda “Fənərbaxça” 32 xalla ikinci, “Beşiktaş” 22 xalla beşinci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью