İstanbul diplomatiya mərkəzinə çevrilir İrandan açıqlama

21.07.2025

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, İran ilə Avropanın üç ölkəsi - Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqları iyulun 25-də, İstanbulda keçiriləcək. 
Bu barədə İran XİN-in rəsmi təmsilçisi İsmayıl Bəqai məlumat verib.
Bəqainin sözlərinə görə, İran Avropa tərəfinin danışıqlar aparmaq təklifi ilə razılaşıb.
Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İran tərəfindən danışıqlarda xarici işlər nazirinin müavinləri - Məcid Taxtrəvaçı ilə Kazım Qaribabadi iştirak edəcəklər.
Tərəflər 2015-ci ildə imzalanmış nüvə müqaviləsinin bərpasının perspektivlərini müzakirə edəcəklər.
Xəbər verdiyimiz kimi, bu həftə Türkiyənin İstanbul şəhərində Rusiya ilə Ukrayna nümayəndələrinin növbəti - üçüncü görüşünün də keçirilməsi gözlənilir.
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью