İstanbul gecə boyu silkələndi: Zəlzələlər səngimədi

20.08.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərmərə dənizində ötən axşamdan başlayan zəlzələ aktivliyi gecə boyu davam edib. İstanbulun Adalar və Tuzla rayonları yaxınlığında bir-birinin ardınca zəif yeraltı təkanlar qeydə alınıb.
Demokrat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədə qeydə alınan ən güclü zəlzələnin maqnitudası 3,2 olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, avqustun 19-da saat 17:43-də Adalar rayonundan təxminən 10,2 kilometr aralıda 3,2 maqnitudalı zəlzələ baş verib. Təkan 7 kilometr dərinlikdə qeydə alınıb.
Bundan sonra həmin ərazidə 2,3, 2,6 və 2,5 maqnitudalı daha bir neçə zəlzələ baş verib.
Seysmik aktivlik gecə saatlarında da davam edib. Bu gün saat 04:31-də Adalar rayonundan 11,4 kilometr aralıda 2,8 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Gecə ərzində daha üç zəif təkan da qeydə alınıb. Saat 04:25-də Adalar sahilində 1,6, saat 04:43-də Tuzla sahilində 1,7, saat 05:01-də isə Adalar yaxınlığında 1,4 maqnitudalı zəlzələ baş verib.
Ardıcıl təkanlar İstanbul sakinləri arasında narahatlığa səbəb olub. Hazırda zəlzələlərin dağıntı və ya xəsarətə səbəb olması barədə məlumat yoxdur.
AFAD Mərmərə dənizindəki seysmik aktivliyi izləməyə davam edir.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью