Icma.az bildirir, GlobalInfo portalına istinadən.
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi başlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” xəbər agentliyi məlumat yayıb.
“İştirakçıların Rusiya Baş Konsulluğuna gəlişindən az sonra buna start veriləcək”, – deyə bildirilib.
Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ-a isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.
Əliyar Xəlil
Globalinfo.az