İstanbul Hava Limanı Londonu taxtından endirdi

08.10.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


CNN İstanbul Hava Limanını dünyanın ən yaxşı əlaqəli hava limanı elan edib.
Newscenter.az Türk Hava Yollarına istinadən bildirir ki, bununla bağlı dərc edilən məqalədə hava limanının nəhəng ölçüsü, THY-nin qlobal uçuş şəbəkəsi və Avropa rəqiblərinə qarşı əməliyyat çevikliyi vurğulanıb.
Məqalədə qeyd olunur ki, İstanbul tarixi İpək Yolundan bəri həmişə əsas ticarət mərkəzi olub və 21-ci əsrdə hava limanı səmalara hakimdir.
Qlobal səyahət məlumatları təminatçısı OAG tərəfindən hazırlanan Megahubs 2026 İndeksinə görə, İstanbul Hava Limanı LondonUN Hitroun Hava Limanını keçərək dünyanın ən yaxşı əlaqəli hava limanı olub.
Amsterdam Schiphol üçüncü, Kuala Lumpur dördüncü və Çikaqo O'Hare beşinci yerdədir.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью