İstanbul hava limanında şübhəli çamadan tapıldı

30.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə polisi şübhəli çamadana görə İstanbul Beynəlxalq Hava Limanına avtomobillərin girişini müvəqqəti bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Halk” telekanalı məlumat yayıb.

Bakı vaxtı ilə saat 23:15 radələrində hava limanının əsas girişində şübhəli, sahibsiz çamadan tapılıb. Bununla əlaqədar olaraq polis hava limanının girişini 20 dəqiqəlik avtomobillərə bağlayıb.

Gələn istehkamçılar çamadanı partladıblar. Məlum olub ki, içəridə paltar var. Təhlükəsizlik tədbirləri bitdikdən sonra avtomobillərin girişi bərpa edilib.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью